Dünya çempionatına start veriləcək

Dünya çempionatına start veriləcək

Qapalı məkanda akademik avarçəkmə üzrə dünya çempionatı virtual formatda keçiriləcək. SİA-nın "Inside the Games" nəşrinə istinadən məlumatına görə, turnirin bir neçə turdan ibarət və finalda "canlı virtual yarışlar"ın olacağı güman edilir. İştirakçılar real vaxtda yarışacaqlar və final 2021-ci il 27-28 fevralda olacaq.

Yarışda "Concept2" statik simulyatorunun bütün sahibləri iştirak edə biləcəklər. Simulyator göstəriciləri ötürəcək və təşkilatçılar yarışdakı iştirakçıların nəticələrini müqayisə edəcəklər.

Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının prezidenti Jan-Kristoff Rollan qurumun ədalətli turnir keçirmək niyyətində olduğunu söyləyib. Funksioner yarışın bütün dünyadakı iştirakçılar üçün açıq olacağını bildirib.

Qeyd edək ki, dünya çempionatının qaydaları hələ təsdiqlənməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə