Bir müddətdir vətəni Portuqaliyada olan “Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliyaya qayıdıb.
SİA “sports.ru” saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun şəxsi təyyarəsi bir neçə saat əvvəl Turinə eniş edib.
O, iki həftəlik karantindən keçməlidir. Bundan sonra isə komanda ilə məşqlərə başlaya biləcək.
Xatırladaq ki, Ronaldo insult keçirən anasını ziyarət etmək üçün mart ayında Portuqaliyaya getmişdi. Daha sonra o, koronavirus pandemiyasına görə ailəsi ilə birlikdə Madeyra adasında karantində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB