Avrokuboklara düşə bilməyən "Lion" Liqa1-in erkən bitməsinə etiraz edib

Avrokuboklara düşə bilməyən "Lion" Liqa1-in erkən bitməsinə etiraz edib

Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatdırılmasına qərar verilən Fransa Liqa1-in daha bir klubu bundan narazı qaldığını bəyan edib.

Apasport.az saytının məlumatına görə, bu qərarla Liqa1-dəki yerini itirdiyi üçün Fransa Futbol Federasiyası (FFF) və Peşəkar Futbol Liqasını (LFP) məhkəmə ilə hədələyən “Tuluza”nın ardınca “Lion”da etirazını səsləndirib.

Son turnir cədvəlində 7-ci olduğu üçün avrokuboklara düşə bilməyən lionlular Liqa1-in erkən bitməyə məcbur olmadığını iddia edir. Klub rəhbərliyi yarışı avqustda pley-off formatı ilə bitirməyi məqsədəuyğun sayır.

“Lion” yaydığı bəyanatda qərardan şikayət edəcəklərini bildirib: “Liqa1 ilə bağlı bugünkü qərarı nəzərə alaraq “Lion” bundan şikayət etmək hüququnu və komandaya dəyəcək ziyanın ödənməsini tələb etmək hüququna saxlayır. Kluba dəyən ziyan on milyonlarla avro ilə ölçülür”.

Bütün xəbərlər Facebook səhifəmizdə