Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirib. Siasport.az saytı xəbər verir ki, tədbiri universitetin rektoru, professor Kamal Abdulla açaraq Berti Foqtsu salamlayıb, onunla görüşün tələbələrin böyük marağına səbəb olduğunu bildirib. Millimizin baş məşqçisi çıxış edərək bu tədbirin təşkilatçılarına təşəkkür edib. O, futbolçu və məşqçi karyerası barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Çıxışını başa vurduqdan sonra Berti Foqts tələbələrin çoxsaylı suallarını cavablandırıb. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla millimizin baş məşqçisinə rəhbərlik etdiyi təhsil müəssisəsinin hədiyyələrini təqdim edib. Sonra Berti Foqts Bakı Slavyan Universitetinin "Qonaqlar kitabı"na ürək sözlərini yazıb. Tədbirin sonunda universitetin tələbələri Berti Foqtsla xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB