Maldini və oğlu koronavirusa yoluxdu

Maldini və oğlu koronavirusa yoluxdu

İtaliya futbolunun canlı əfsanəsi, hazırda "Milan"ın texniki direktoru vəzifəsində çalışan Paolo Maldini və komandada çıxış edən oğlu Deniel Maldini koronavirusa yoluxublar. SİA-nın verdiyi məlumata görə, klub ata və oğulun testlərinin müsbət çıxdığını açıqlayıb.

Qeyd edək ki, 51 yaşlı veteran futbolçu 2018-ci ildən "Milan"da funksioner kimi çalışır. Onun 18 yaşlı oğlu bu mövsüm "qırmızı-qaralar"la peşəkar müqavilə imzalayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə