"Atletiko Baku” futzal komandası “Ajara Cup 2020” turnirinin qalibi oldu - FOTOLAR

"Atletiko Baku” futzal komandası Gürcüstanda keçirilən “Ajara Cup 2020” beynəlxalq turnirinin qalibi olub. SİA-nın verdiyi məlumata görə, "Ajara Cup 2020" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Gürcüstan və Ukrayna komandaları da iştirak edib.

Azərbaycanı təmsil edən "Atletiko Baku" turnirin ilk günü 27 fevral tarixində Ukraynanın "Ternopol" komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə rəqib komandanı məğlub edib. Turnirin ikinci günü 28 fevral tarixində isə təmsilçimiz Gürcüstanın BSU komandası ilə qarşılaşıb və 5:4 hesabı ilə qələbəyə bir addım yaxınlaşıb.

Nəhayət turnirin son günü Türkiyə təmsilçisi iştirak edə bilmədiyi üçün turnirə qatılan Azərbaycanın İmişli komandası ilə qarşılaşan "Atletiko Baku" 5:0 hesabı ilə "Ajara Cup 2020" beynəlxalq turnirinin qalibi olub.

Turnirin ən güclü qapıçısı Musa Musazadə olmaqla, rəqib komandalara vurduğu qolla yadda qalan ən güclü oyunçusu isə Gökhan Kartal olub.

Komandamızın heyətində:

Komandanın rəhbəri Zaur Səmədov,

Musa Musazadə (qapıçı), Mahmud Şirəliyev, Gökhan Kartal, Həsən Camalzadə, Vasif İsmayılov, Eyyub Əfəndiyev, Mehdi Əzimzadə (kapitan) və Sumray Kazımov yer alıblar.

Qeyd edək ki, 2012-ci ildən keçirilən “Ajara Cup 2018” turnirində Azərbaycandan kuboku qazanan ilk komanda “Atletiko Baku” olmuş və "Ajara Cup 2020" tunirinin qalibi olmaqla Azərbaycan futboluna ikinci dəfə qalibiyyət sevinci yaşadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə