Nazim Babayev beynəlxalq turnirdə iştirak edəcək

Fevralın 19-da Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçiriləcək “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirdə iştirak edəcək. SİA-nın məlumatına görə, turnir cari ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançımız 17,14 metr nəticə göstərərsə “Tokio 2020” lisenziya qazanacaq.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə