Kapoeyra üzrə Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kapoeyra üzrə paytaxt birinciliyi keçirilib.

SİA-nın məlumatına görə, yarışda ümumilikdə 115 idmançı iştirak edib.

Yarışda oğlanlar arasında 6, qızların mübarizəsində isə 3 yaş qrupunda qaliblər müəyyənləşib.

İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə