Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir

“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir. SİA-nın məlumatına görə, bu gün respublika birinciliyinin şəxsi yarışları start götürüb. Yarışlarda 80-ə yaxın idmançı mübarizə aparır.

Qeyd edək ki, ölkə çempionatında artıq komanda yarışlarının qalibləri müəyyənləşib. Ümumi nəticələrə görə, qadın komandaları arasında birinci yeri “Bakı–I”, kişilərin mübarizəsində “Bakı-II” kollektivinin stolüstü tennisçiləri tutublar.

Ötən gün start götürən ölkə çempionatına yanvarın 31-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə