Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlaşır

UFC yüngül çempionu Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlığını özündə əks etdirən görüntüsünü yayımlayıb. SİA-nın məlumatına görə, Nurməhəmmədov social şəbəkədə paylaşdığı şəklinə şərhində "Hədəfim eynidir, heç bir şey dəyişməyib" deyə bildirib. Şəkildən Rusiyalı idmançının əl zərbələri ilə texnika işlədiyini görmək olur.

Qeyd edək ki, bu ilin aprel ayında o, amerikalı Toni Ferqyuson ilə döyüşəcək. Daha əvvəl Nurməhəmmədovun məşqçisi olan atası oğlunun bu döyüşdə qalib olacağına ümid etdiyini bildirmişdi

Bütün xəbərlər Facebook səhifəmizdə