"Turan" klubunun stadionu qaranlıqda qalıb. Bu barədə siasport.az saytına Tovuz şəhər stadionunun direktoru Samir Səlimov açıqlama verib. Onun sözlərinə görə, artıq 2 gündür ki, stadiona verilən elektrik enerjisi kəsilib. Direktor bildirib ki, işıqların kəsilməsinin səbəbi isə klubun elektrik enerjisinə olan borcudur. O qeyd edib ki, "Turan"ın borcu klubun hazırki prezidenti Musa Süleymanovdan öncəki illərdə yığılıb. S.Səlimov vurğulayıb ki, 2004-cü ildən cari mövsümün əvvəlinədək işıqpulu ödənilməyib. Onun sözlərinə görə, M.Süleymanov prezident seçiləndən sonra isə nəinki elektrik enerjisi haqqı, hətta bütün ödənişlər vaxtında ödənilib.
Qeyd edək ki, klubun elektrik enerjisinə olan borcu isə təxminən 10 min dollardır.
Məsələ ilə əlaqədar olaraq "Turan"ın idman direktoru Nail Nurəddinoğlu ilə əlaqə saxladıq. İdman direktoru bir neçə gündür, Bakıda olduğunu, klubun cari mövsümün əvvəlinədək borclarının olduğunu bildiyini, lakin hazırda stadionun elektrik enerjisinin kəsilməsindən xəbərsiz olduğunu bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB