Beynəlxalq karate turnirinin kata yarışları keçirilib

Bakı İdman Sarayında keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirin kata yarışlarının qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, Məhəmməd Səttarzadə (6-7 yaş), Məhəmməd Hüseynquliyev (8-9 yaş), Salman Salmanov (10-11 yaş), Həsən Əlizadə (12-13 yaş), Hüseyn Nəsirli (14-15 yaş), Emin Namazov (16-17 yaş) oğlanlar arasında keçirilən yarışlarda qalib olublar. Qızların yarışında isə Elnurə Əzimzadə (6-9 yaş), Ramilə Heydərova (10-13 yaş), Samirə Məmmədova (14-17 yaş) birinci yeri tutublar.

“Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı uşaq, yeniyetmə və gənclər arasında keçirilən sayca 5-ci açıq beynəlxalq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır.

Karateçilər yarışın ilk günündə bütün yaş qruplarında kata çıxışlarında mübarizə aparıblar. Yanvarın 18-də 6-11 yaşlı uşaqların kumite yarışları, bazar günü isə 12-17 yaşlı idmançıların döyüşləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...