Messi "İnter"ə qarşı oynamayacaq

"Barselona"nın UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə oyun üçün iştirak ərizəsi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, qrupdan çıxmağı təmin edən Kataloniya təmsilçisinin 20 nəfərli heyətində Lionel Messi yer almayıb. Komandanın baş məşqçisi Ernesto Valverde bu görüşdə argentinalı hücumçuya istirahət verməyə qərar verib.

"Barselona"nın heyəti: Ter Şteqen, Neto, İnyaki, Rakitiç, Buskets, Todibo, Suares, Lanqle, Vaqe, Qrizmann, Alenya, de Yonq, Vidal, Umtiti, Junior, Peres, Puç, Fati, Arauxo, Morer

Qeyd edək ki, "İnter" - "Barselona" görüşü sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə