Fransa Liqa1-də XVII tura start verilib

Futbol üzrə Fransa Liqa1 çempionatının XVII turuna start verilib. SİA-nın məlumatına görə, turun ilk günündə iki qarşılaşma baş tutub.

“Lill” öz meydanında “Brest”i qəbul edib. Ev sahiblərinin vurduğu bir qol həlledici olub.

“Lion” isə səfərdə “Nim”lə görüşüb. Autsayder iddialı qonaqların qarşısında aciz qalıblar. Nəticədə Lionun eyniadlı təmsilçisi böyükhesablı qələbəyə sevinib.

Qeyd edək ki, tura dekabrın 8-də yekun vurulacaq.

Fransa Liqa1
XVII tur
6 dekabr
“Lill” – “Brest” – 1:0
Osimhen, 16
“Nim” – “Lion” – 0:4
Depay, 16 (pen.), 64, Auar, 71, Andersson, 79

Bütün xəbərlər Facebook səhifəmizdə