Boksçulardan ibarət millimiz növbəti təlim-məşq toplanışına başlayıb

Boksçulardan ibarət millimiz növbəti təlim-məşq toplanışına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb. SİA-nın məlumatına görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığmamız hazırlığı Bakı Boks Mərkəzində keçir. Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.

Təlim-məşq toplanışının ilkin mərhələsi dekabrın 9-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə