Güləşçimiz açıq Rusiya kubokunun finalına yüksəlib

Güləşçimiz açıq Rusiya kubokunun finalına yüksəlib

Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya kuboku yarışları davam edir. SİA-nın məlumatına görə, turnirdə Rusiya, Azərbaycan və Qırğızıstanın qadın güləşçiləri mübarizə aparırlar.

Ölkəmiz yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 idmançı ilə təmsil olunub.

Milli komandamızın üzvü Tatyana Omelçenko (62 kq) bütün rəqiblərinə qalib gələrək turnirin finalına yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə