Taekvondoçularımız Avropa birinciliyində medal qazanıblar

Taekvondoçularımız Avropa birinciliyində medal qazanıblar

İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb.

SİA-nın məlumatına görə, Azərbaycan millisi ilk yarış gününü 3 mükafatla başa vurub.

Komandanın heyətində Zemfira Həsənzadə (29 kq) və Pünhan Mürsəlov (41 kq) gümüş medala sahib olub. Şamil Mirzəyev (33 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, yarış oktyabrın 3-də bitəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə