Sentyabrın 7-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə növbəti cıdır yarışları keçirilir. Yarışda Qarabağ, Dilboz və ingilis atları 3 kateqoriyada öz güclərini sınayıblar. SİA-nın məlumatına görə, birinci qaçışda 4 yaşdan yuxarı ingilis atlarının yarışdığı 2400 metr məsafədə "Omar" AİK-in sahib olduğu “Mr.Tornado” ləqəbli at fərqlənib.
O, rəqiblərindən ən yaxşı nəticə göstərərək birinci olub. İkinci yeri Ramiz İbrahimovun sahib olduğu "Kənan" adlı at, üçüncü yeri isə "Arzu" AİK-in sahib olduğu "Şəfəqim" adlı at tutub.
Yarış davam edir. Növbəti mərhələdə Qarabağ və Dilboz atlarının qaçışı təşkil olunacaq.
Turnirin ümumi mükafat fondu 7000 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB