Maurisio Sarri "Yuventus"un məşqlərinə qayıdıb

Maurisio Sarri "Yuventus"un məşqlərinə qayıdıb
Maurisio Sarri "Yuventus"un məşqlərinə qayıdıb. SİA-nın "Sports.ru" saytına istinadən yaydığı xəbərə görə, o, komandasının bugün məşqində iştirak edib. 60 yaşlı mütəxəssisin A seriyasının 3-cü turunda sentyabrın 14-ü keçiriləcək "Fiorentina" ilə matçda komandanın başında olacağı gözlənilir. Qeyd edək ki, Sarri pnevmoniya xəstəliyindən müalicə aldığı üçün məşqlərdə və oyunlarda komandaya rəhbərlik etmirdi. Ölkə çempionatının ilk iki turuna Turin təmsilçisini Sarrinin köməkçisi Covanni Martuşello çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə