"Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqibləri bilindi

"Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqibləri bilindi

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

SİA xəbər verir ki, Monakoda keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub.

Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj"la (Lüksemburq) A qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.


A qrupu


"Sevilya" (İspaniya)

APOEL (Kipr)

"Qarabağ" (Azərbaycan)

"Düdelanj" (Lüksemburq)

Bütün xəbərlər Facebook səhifəmizdə