“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, Premyer Liqanın son çempionu “Derbi Kaunti”dən qapıçı Skott Karsonu heyətinə cəlb edib. 33 yaşlı ingiltərəli qolkiper 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, 2015-ci ildən “Derbi Kaunti”də çıxış edən Karson indiyədək “Liverpul”, “Şeffild Uensdey”, “Çarlton”, “Aston Villa”, “Vest Bromviç”, “Bursaspor” və “Uiqan”da da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB