Avrokubokların III təsnifat mərhələsi start götürüb. SİA xəbər verir ki, mərhələnin ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Çempionlar Liqasının 5, Avropa Liqasının 3 matçından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Keçirilən görüşlər bəzi dəyişikliklərə səbəb olub. Danimarka Çexiyanı arxada qoyaraq 13-cü sıraya qalxıb. Bundan başqa, Latviya Litva ilə Ermənistanı, Şimali İrlandiya isə Monteneqro ilə Estoniyanı arxada qoyub.
Azərbaycanın mövqeyi dəyişməsə də, xal hesabı artıb. Çempionlar Liqasının Kipr APOEL-i ilə səfər görüşündə qələbə qazanan “Qarabağ” ölkəmizin aktivinə 0,250 xal gətirib.
Bununla da cari mövsümün qazancı 2,000 xala çatıb. Bunun yarısı “Qarabağ”, yarısı “Neftçi”nin hesabına düşür.
Son 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinqimiz isə 17,325-ə yüksəlib. 26-cı sırada qalan Azərbaycan Qazaxıstandan 0,625 xal geridədirsə, Polşadan 1,250 xal öndədir.
Qeyd edək ki, cədvələ 85,926 xala malik İspaniya başçılıq edir.




Qeyd: komanda sütununda “/” işarəsindən əvvəl mübarizəni davam etdirən, sonra isə ümumi komanda sayı göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB