Çərşənbə günü (14 avqust) 22.00-da İstanbulun Vodafone Parkında İngiltərə Premyer Liqa komandaları "Liverpul" və "Çelsi" UEFA Super Kuboku mübarizəsində qarşılaşacaqlar.
"Liverpul" və "Çelsi" tərəfdarlarının şəhərdəki UEFA Super Kuboku proqramlarında komandalarına dəstək olmaq üçün İstanbula gələcəyi açıqlandı. Proqrama görə, "Liverpul" tərəfdarları Taksimdə, "Çelsi" tərəfdarları Beşiktaşda bir araya gələcək.
İki komandanın azarkeşləri daha sonra matçın polis nəzarəti altında oynanacağı Vodafone Parka keçəcəklər.
Oyunun baş hakimi fransalı qadın olan Stefani Frafartdır.
Xatırladaq ki, UEFA bu il sürpriz etdi və qadın hakim Stefani Frafartı da oyunlara hakim təyin etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB