Üzgüçümüz Tokio Yay Olimpiya Oyunlarına “A” lisenziyası qazanıb

Üzgüçümüz Tokio Yay Olimpiya Oyunlarına “A” lisenziyası qazanıb

Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına “A” lisenziyası qazanıb. SIA-nın məlumatına görə, bu barədə məlumatı Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov verib.

Onun sözlərinə görə Cənubi Koreyanın Quanqju şəhərində keçirilən Su idman növləri üzrə dünya çempionatında üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Maksim Şemberyev 400 m məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib.

“194 ölkədən 2623 idmançının qatıldığı dünya çempionatında 26 yaşlı idmançımız həlledici mərhələdə 4 dəqiqə 14,10 saniyə nəticə ilə 6-cı yeri tutub. Bu Azərbaycan üzgüçülük tarixində ilk dəfədir və ən məhsuldar nəticə hesab olunur. Bununla da Maksim Şemberyev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bir başa iştirak hüququ əldə edib” deyə R. Əbdürəhmanov əlavə edib.

Milli komandanın baş məşqçısı əlavə edib ki, 2019-cu il üçün hazırlıq işləri öz müsbət nəticəsini verməkdədir.

“2019-cu ildə nəzərdə tutulan yarışlar cədvəlinə uyğun keçiriləcək turnirlərdən Cənubi Koreyanın Quanqju şəhərində keçirilən Su idman növləri üzrə dünya çempionatına və XV Avropa Gənclər Olimpiya Festivalına xüsusi hazırlaşmışdıq. İdmançılarımızdan Maksim Şemberyev Tokio Yay Olimpiya oyunlarına birbaşa iştirak hüququ qazandı. Digər yarışda da yenetmə üzgüçülərimiz öz güclərini sınadılar və çıxışlarını qənaət bəxş hesab etmək olar” deyə R. Əbdürəhmanov bildirib.

Baş məşqçı vurğulayıb ki, XV Avropa Gənclər Olimpiya Festivalında 2003-2004 il təvəllüdlü üzgüçülərimiz mübarizə aparırdı. Onlar arasında Ramil Vəlizadə və Şeyxzamanzadə Məryəm daha yüksək nəticə göstəriblər:

“Azəbaycanın üzgüçülük tarixində ilk dəfə ifi ki, avropa idmançılarının da qatıldığı mötəbər turnirdə millimizin iki üzvü final mərhələsinə vəsiqə qazana bilib. Ramin Vəlizadə 200 metr məsafədə baterley üsulunda yarışda final mərhələsində mübarizə apardı və 2.02.11 nəticə ilə medalçılardan göstəricisi yalnız yarım saniyə aşağı oldu və 5-ci yerlə kifayətləndi və 759 FİNA balı topladı. 2004-cü il təvəllüdlü Şeyxzamanzadə Məryəm isə 100 metr baterley üsulunda yarışda final mərhələsində 1.00.95 saniyə nəticə ilə 6 yeri qazandı ki, bu da 754 FİNA xalı toplamış idmançılar arasında çox yüksək reytinq nəticədir” deyə millimizin baş məşqçisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə