“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
SİA xəbər verir ki, "ağ-qaralar" Namik Ələskərovun ardınca Rəhman Hacıyevlə də razılaşmanı 1 il müddətinə artırıb.
Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək Bakı təmsilçimizin şərəfini qoruyacaq.
Qeyd edək ki, 2014/2015 mövsümündən “Neftçi”də çıxış edən Rəhman Hacıyev bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.
"Neftçi" buna qədər Səlahət Ağayev, Mirabdulla Abbasov və Namik Ələsgərovun müqaviləsinin müddətini uzadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB