"Real" Martin Edeqoru icarəyəyə verib

"Real" Martin Edeqoru icarəyəyə verib

"Real" yarımmüdafiəçisi Martin Edeqoru icarəyəyə verib. "Marca" nəşrinin yazdığına görə, Norveç millisinin üzvü qarşıdakı iki mövsüm "Real Sosyedad"da çıxış edəcək. Madrid klubu futbolçunu icarəyə göndərməzdən əvvəl onunla müqaviləni 2023-cü ilə qədər uzadıb.

Qeyd edək ki, "Real"ın 2015-ci ildə transfer etdiyi Edeqor Hollandiyanın "Herenven" və "Vitess" klublarına da icarəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə