"Sabah" afrikalı futbolçunu transfer edib

"Sabah" afrikalı futbolçunu transfer edib

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib. Klubun rəsmi saytında yer alan məlumata görə, cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb. 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.

Xatırladaq ki, cənubi afrikalı futbolçu yay transfer pəncərəsində "Sabah"ın heyətinə cəlb etdiyi 6-cı futbolçudur. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə müqavilə bağlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə