İki böyk ulduz "Nyukasl"ın baş məşqçiliyinə namizəddir

İki böyk ulduz "Nyukasl"ın baş məşqçiliyinə namizəddir

"Nyukasl" baş məşqçi axtarışlarını davam etdirir.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, "sağsağanlar"ın baş məşqçiliyinə 2 namizəd var.

Bunlar "Reyncers"in baş məşqçisi Stiven Cerrard və "Nitsa"nın çalışdırıcısı Patrik Vieyradı. "Nyukasl" rəhbərliyi hər iki mütəxəssislə danışığa başlayıb. Onları gətirmək mümkün olmasa, "Mançester Siti"nin məşqçisi Mikel Arteta ilə danışıq aparılacaq.

Qeyd edək ki, "Nyukasl" Rafael Beniteslə yenicə yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə