Ruslan Qurbanov “Keşlə”də

"Səbail"dən ayrılan Ruslan Qurbanov "Keşlə"yə keçib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Qurbanov daha əvvəl "Neftçi", "Sumqayıt" və "Qəbələ"də də çıxış edib. O, ötən mövsüm "Səbail"in heyətində 24 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə