UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasında final mərhələsinin növbəti oyunu keçirilib.
SİA xəbər verir ki, A liqasının qrup qaliblərinin yarımfinal mübarizəsi başa çatıb.
Portuqaliyada təşkil olunan həlledici mərhələnin ikinci yarımfinalinda Hollandiya və İngiltərə milliləri üz-üzə gəliblər. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib.
İlk yarıda Markus Reşford hesabı açsa da, hollandiyalılar fasilədən sonra status-kvonu bərpa ediblər. Mateys De Liqt bərabərlik qolunu vurub.
Əlavə vaxtda isə hollandlar iki qola sevinib. Uolkerin avtoqolu və Promesin rəqib qapısından keçirdiyi top "narıncılar"a əzmkar qələbə qazandırıb – 3:1.
Qeyd edək ki, finalın digər iştirakçısı yarımfinalda İsveçrəni 3:1 hesabı ilə udan Portuqaliya yığmasıdır.
Əlavə edək ki, həlledici matç iyunun 9-u keçiriləcək. İsveçrə və İngiltərə isə həmin gün 3-cü yer uğrunda yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB