Gənclər və İdman Nazirliyində Rikardu Kuarejma ilə görüş keçirilib -VİDEO- FOTOLAR - YENİLƏNİB
Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. SİA-nın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu gün Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimov və azarkeşlərlə görüşüb.
Görüşdə A.Rəhimov və R.Kuarejma ilə yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, futbolçunun meneceri və həyat yoldaşı da iştirak edib.
Qonağı salamlayan A.Rəhimov onun ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. Azərbaycanda Avropa Liqasının final qarşılaşması kimi böyük futbol matçının uğurla təşkil edildiyini xatırladan nazir, futbolçunun ölkəmizə gəlişinin də yerli azarkeşləri çox sevindirdiyini vurğulayıb. O, Kuarejmanın səfərinin Azərbaycanı gəzmək məqsədi daşıdığını deyib.
Futbolçu səfərindən məmnun qaldığını, eyni zamanda burada çox gözəl qarşılandığını qeyd edib.
Kuarejma "Beşiktaş"ın onun evi olduğunu, orada çıxışına davam edəcəyini bildirib.
O, səhhəti icazə verənə, özünü yaxşı hiss edənə qədər futbolçu karyerasını davam etdirəcəyini deyib: "Hazırda "Beşiktaş"la müqaviləm var. Hər şey baş məşqçidən asılıdır. Mən pulla satılacaq insan deyiləm. Türkiyədə ancaq "Beşiktaş"da oyanacağam. Karyeramı Azərbaycanda davam etdirməyə gəlincə, gələcəkdə nələr olacağını demək olmaz.
Əvvəllər də Bakıda olmuşam. Bura mənim çox xoşuma gəlib. Yenidən Azərbaycanı gəzməyə gəlmişəm.
Azərbaycanda keçirlən Avropa Liqasının final oyununu izlədim. Çox gözəl matç oldu".
Sonra nazir A.Rəhimov futbolçuya Azərbaycan və Portuqaliya arasında münasibətlərin inkişafına və futbola verdiyi töhfəyə görə diplom təqdim edib.
Sonda məşhur futbolçu azarkeşlərlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasının qalibi, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



