Türkiyənin “Gənclərbirliyi” klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi komandanı çalışdıran İbrahim Üzülməzlə yollar ayrılıb.
Geridə qalan mövsümdə paytaxt klubu ilə TFF 1-ci liqada 2-ci yeri tutan, nəticədə komandanı Super Liqaya çıxaran gənc mütəxəssisin sürpriz istefasının səbəbi məlum deyil.
Xatırladaq ki, İ.Üzülməz mövsümün gedişində istefaya göndərilən Erkan Sözərini əvəzləmişdi. 45 yaşlı məşqçinin rəhbərliyi altında 10 oyuna çıxan “Gənclərbirliyi” 7 qələbə qazanıb, 1 heç-heçəyə edib, 2 oyunda məğlubiyyətlə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB