David Luis: "Azərbaycan gözəl ölkədir"

David Luis: "Azərbaycan gözəl ölkədir"

"Bakıda hər şey yaxşı idi, bura əla şəhər, Azərbaycan isə gözəl ölkədir". SİA-nın məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu David Luis Bakıda "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının final matçından sonra deyib.

Braziliyalı müdafiəçi təşkilatçılıqda əməyi keçən hər kəsi təbrik edib.

Fransalı yarımmüdafiəçi N Qolo Kante isə Azərbaycan yeməklərindən də məmnunluq ifadə edib: "Burada hər şey yaxşı idi. Fikrimcə, Bakı gözəl şəhərdir, təşkilatçılıq yüksək səviyyədə idi. Yeməkləriniz də yaxşıdır. Hər şeydən razı qaldım”.

Bütün xəbərlər Facebook səhifəmizdə