Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
SIA-nın məlumatına görə, İspaniya və İngoltərədə baş tutan cavab görüşlərində müvafiq olaraq “Valensiya”-“Arsenal” və “Çelsi”-“Aynraxt” cütlükləri üz-zə gəlib.
Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "Arsenal" cavab qarşılaşmasında da qalib gəlib - 4:2. Bununla da London klubu adını Bakı finalına yazdırıb.
Digər matçda isə 1:1 hesabı cavab matçının əsas vaxtında da təkrarlanıb. 30 dəqiqəlik əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:3 hesabı ilə qalib gələn "Çelsi" finala yüksəlib.
Beləliklə, finalda iki London klubu - "Arsenal" və "Çelsi" oynayacaq.
Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) - 2:4
Qollar: Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (2:4)
İlk oyun – 1:3
“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: Loftus-Çik, 28 (1:0), Yoviç, 49 (1:1)
İlk oyun – 1:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB