Bolqarıstan komandası "qızıl" qazanıb

Bolqarıstan komandası "qızıl" qazanıb
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində ilk yeri 25.550 xalla Bolqarıstan komandası qazanıb. SİA-nın məlumatına görə, ikinci yerdə Rusiya (25.250), üçüncü yerdə isə Ukrayna komandası (25.150) qərarlaşıb. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir. Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə