F1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş ləğv olunub

Formula 1 üzrə SOCAR Azərbaycan Qran Prisində sərbəst yürüş dayandırılıb. SİA-nın məlumatına görə, qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.

Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin lükə ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

Sərbəst yürüş isə ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...