Şahmatçılarımız “Yaz festivalı”nda mübarizə aparırlar

Şahmatçılarımız “Yaz festivalı”nda mübarizə aparırlar

Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə “Yaz festivalı” davam edir. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçılarının da qatıldıqları turnirin artıq iki turuna yekun vurulub. Şahmatçılarımızdan Nail Bəşirli hər iki turda qalib (2 xal) gələrək 1-4-cü yerləri bölüşür. Vüqar Əsədli 1 qələbə və 1 heç-heçə ilə turnir cədvəlində 33-cü pillədədir. Zaur Bayramovun aktivində isə 0,5 xal var.

Aprelin 11-də üçüncü turun oyunlarına start veriləcək. Bu turda Nail Bəşirli Hindistan təmsilçisi Kalyan Arcun, Vüqar Əsədli malayziyalı Vong Cianven, Zaur Bayramov isə isveçrəli Aditya Subramanian ilə qarşılaşacaq.

Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə