Morata "Barselona"ya qarşı oynamayacaq?

Morata "Barselona"ya qarşı oynamayacaq?

"Atletiko"nun futbolçusu Alvaro Morata zədələnib. Klubun saytında yer alan məlumatda deyilir ki, o, La Liqanın 30-cu turunda "Jirona"ya qarşı matçda topuğundan zədə alıb. Bu səbəbdən ispan hücumçu komandasının bugünkü məşqini buraxıb. İspaniya mətbuatı Moratanın ölkə çempionatının növbəti turunda "Barselona" ilə matçı böyük ehtimalla buraxacağını yazıb. Qeyd edək ki, "Barselona" - "Atletiko" görüşü aprelin 6-ı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə