İlkay Gündoğan ingilis klubundan ayrılır!

İlkay Gündoğan ingilis klubundan ayrılır!

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan klubu ilə yeni müqavilə imzalamaq barədə apardığı danışıqları dayandırıb. Goal.com-un yaydığı xəbərə görə, o, heyətində ulduz futbolçular olan komandada növbəti mövsüm mütəmadi olaraq start heyətdə yer almayacağını düşündüyü üçün bu addımı atıb. Türkəsilli alman yarımmüdafiəçi yeni müqavilə imzalamağa razı olmasa, mövsümün sonu satılacaq.

Xatırladaq ki, 30 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə