“Trabzonspor”un futbolçusu “Sevilya”nın diqqət mərkəzindədir

“Trabzonspor”un futbolçusu “Sevilya”nın diqqət mərkəzindədir

“Trabzonspor”da göstərdiyi yaxşı oyunla milli komandanın da vazkeçilməz futbolçularından birinə çevrilən Yusuf Yazıcı “Sevilya”nın diqqət mərkəzinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən klubun rəsmiləri Tükiyə millisinin Moldova yığması ilə qarşılaşmasında futbolçunu stadiondan izləyiblər.

Bir müddət əvvəl adı “Benfika” və “Roma” ilə hallanan futbolçu İspaniya klubunun transfer siyahısında ilk yerdədir.

Qeyd edək ki, hələ “Roma”da işləyən vaxt ulduz futbolçunu İtaliya klubuna transfer etmək istəyən idman direktoru Monçi yenidən “Sevilya”ya qayıdandan sonra oyunçu ilə müqavilə bağlamağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə