Hollandiyalı məşqçi Luis van Qal karyerasını bitirməyə qərar verib. Belə ki, 65 yaşlı hollandiyalı mütəxəssis mediaya açıqlamasında bildirib ki, həyat yoldaşım 22 il əvvəl xaricdə çalışdığım üçün işini dayandırıb. Ona 55 yaşadək futbolu tərk etməyi söz vermişdim. Lakin indi 65 yaşım var.
Məşqçilik karyerası zamanı Luis van Qal 3 dəfə Hollandiyaya çempionluq qazandırıb. Mütəxəssis Amsterdamın “Ayaks” klubu ilə UEFA Çempionlar Liqasını qazanıb. Luis van Qal “Barselona” ilə iki dəfə İspaniya çempionatının qalibi olub. Qeyd edək ki, məşqçi 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında Hollandiya millisi ilə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB