Fransanın “Bordo” klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandanı Paulo Souza çalışdıracaq. Portuqaliyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Souza son olaraq İtaliyanın “Fiorentina” klubunda baş məşqçi olub.
Qeyd edək ki, “Bordo” Fransa Liqasında 27 oyuna 32 xalla 13-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB