Argentina Futbol Federasiyası martın 26-da Mərakeşlə oynayacaqları yoxlama oyunu öncəsi rəqib komandaya qəribə tələblər irəli sürüb.
Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeş Futbol Federasiyası ilə anlaşmaya görə, Argentina yığmasına qayıdacağı gözlənilən Lionel Messi ilə oyunun sonunda heç bir futbolçu və azarkeş şəkil çəkdirə bilməz.Bundan başqa, heç bir media orqanlarının 31 yaşlı hücumçudan müsahibə almaması və rəqib futbolçuların ona qarşı sərt oynamaması istənilib. Əvəzində isə, Messi ən azı, 60 dəqiqə meydanda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB