“Barselona” Serxi Samperlə yollarını ayırdı

“Barselona” Serxi Samperlə yollarını ayırdı

“Barselona” futbol klubu, Serxi Samperlə yolları ayırıb. Klubun saytında yer alan məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serxi Samper əsas komandanın heyətində 13 oyunda meydana çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb. O, bu mövsüm La Liqada heç bir oyuna çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə