Türkiyə Superliqasında 24-cü turun daha 3 oyunu keçirilib. SİA-nın məlumatına görə, səfərdə "Ərzurumspor"un qonağı olan "Qalatasaray" rəqibin müqavimətini qıra bilməyib. 1:1 hesablı heç-heçəyə razılaşan İstanbul təmsilçisi vacib 2 xal itirib.
Lider "Başakşəhər" isə səfərdə "Malatyaspor"u 2 cavabsız qolla məğlub edib. Abdullah Avcının komandası bu qələbə ilə ən yaxın izləyicisi "Qalatasaray"la xal fərqini 8-ə yüksəldib.
Tura bu gün keçiriləcək "Akhisar" - "Alanyaspor və "Kasımpaşa" - "Trabzonspor" oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, Superliada turnir cədvəlinə 54 xalla "Başakşəhər" başçılıq edir. İkinci pillədəki "Qalatasaray"ın 46 xalı var. "Beşiktaş" 41 xalla 3-cü, bir oyun az keçirən "Trabzonspor" isə 36 xalla 4-cüdür.
Türkiyə Superliqası, 24-cü tur
3 mart (bazar)
"Konyaspor" - "Göztəpə" - 1:1
Qollar: P. Filipoviç, 18 (1:0), Y. Öztəkin, 54 (1:1)
"Malatyaspor" - "Başakşəhər" - 0:2
Qollar: Ə. Belözoğlu, 44-pen (1:0), E. Viska, 57 (2:0)
"Ərzurumspor" - "Qalatasaray" - 1:1
Qollar: R. Məhəmməd, 18 (1:0), Y. Belhanda, 52 (1:1)
4 mart (bazarertəsi)
"Akhisar" - "Alanyaspor"
"Kasımpaşa" - "Trabzonspor"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB