Maks Ferstappen “Jumbo Racing Days” festivalında çıxış edəcək

Maks Ferstappen “Jumbo Racing Days” festivalında çıxış edəcək

Mayın 17-dən 19-dək Niderlandın Zandfort şəhərində “Jumbo Racing Days” ənənəvi avtomobil idmanı festivalı keçiriləcək. Maks Ferstappen bu festival çərçivəsində “Red Bull Racing” bolidinin sükanı arxasında nümunəvi yürüşləri yerinə yetirəcək. Belə ki, pilot tamaşaçıları şənbə və bazar günü əyləndirəcək.

Ötən il olduğu kimi, “Jumbo Racing Days” festivalının keçirilmə dövrü “WTCR” kuzov çempionatının Hollandiya mərhələsi ilə üst-üstə düşür. O vaxt Maks Ferstappen pit-leyndə yalnız qonaq olsa da, tamaşaçıların təkcə şou-çıxışları izləməyəcəyinə şad idi.

Bütün xəbərlər Facebook səhifəmizdə