Fevralın 12-də Topaz Premyer Liqasının XVI turunun rəmzi komandasına daxil edilən futbolçuların adları açıqlanıb. SİA-nın məlumatına görə, ilk onbirliyə “Qarabağ”ın 5, “Qəbələ”nin 3, “Zirə”nin 2, “Neftçi”nin isə 1 üzvü daxil edilib.
Rəmzi komandada Səlahət Ağayev (“Neftçi”), Donald Gerye, Bədavi Hüseynov, Maksim Medvedev (hər üçü - “Qarabağ”), Voislav Stankoviç (“Qəbələ”), Filip Ozobiç, Riçard Almeyda (“Qarabağ”), Tellur Mütəllimov (“Zirə”), Davit Volkovi (“Qəbələ”), Xulio Sezar Rodriges (“Zirə”) və Rauf Əliyev (“Qəbələ”) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB