"Neftçi"dən ayrılıb Cənubi Koreyanın "Daequ" klubuna keçən Dario Federiko "ağ-qaralar"dan narazılıqla ayrıldığına dair xəbərlərə münasibət bildirib. Braziliyalı yarımmüdafiəçi "Qafqazinfo"ya açıqlamasında bunu təsdiqləyib. O deyib ki, həqiqətən paytaxt klubu ilə aralarında narazılıq olub:
"Neftçi" ilə aramızda narazılıq oldu. Mən yaxşı təklif almışdım və getmək istəyirdim. Amma onlar məni buraxmırdılar. Həqiqətən əsəbiləşdim və müəyyən narazılıq yarandı. "Neftçi"nin idman direktoru Ceyhun Sultanovun xarakteri yoxdur. Çünki biz razılıq əldə etdik, amma o, razılaşmaya əməl etmədi. Lakin mən istədiyimi həyata keçirdim və klubdan ayrıldım".
Qeyd edək ki, Dario ötən mövsümün sonunda "Neftçi"yə keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB