“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans təşkil edilib - FOTO

“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans təşkil edilib - FOTO

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans təşkil edilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov, yerli və xarici şirkətlərin rəhbərləri və digər qonaqalar iştirak ediblər.

Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Nətavan Məmmədova bildirib ki, irimiqyaslı beynəlxalq yarışların Azərbaycanda keçirilməsi orta və kiçik müəssisələr də olmaqla bütün sahələrin inkişaf etməsinə töhfə verir. N.Məmmədova əlavə edib ki, idman yarışmaları eyni zamanda turizm sektorunun inkişafına xidmət edir.

Çıxış edən BŞH-nın icraçı direktoru A.Rəhimov Formula 1 yarışının Azərbaycanda keçirilməsinin daha 3 il uzadılmasının çox müsbət hal olduğunu bildirib. O, qeyd edib ki, Formula 1-in daha 3 il uzadılması Azərbaycanın bu yarışlara uğurla ev sahibliyi etməsinin göstəricisidir.

A.Rəhimov deyib ki, Azərbaycan irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə edib: "Biz yarışı təşkil etməyə başlayanda uğur əldə edib-etməyəcəyimizi bilmirdik. Formula 1 tərəfdaşları və hökumət tərəfindən aldığımız rəy budur ki, işimiz uğurlu olub. Çalışacağıq ki, qarşıdakı illərdə də uğurlarımız davam etsin".

Digər çıxıçılar da irimiqyaslı idman yarışlarının ölkə üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu yarışlar iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkənin beynəlxalq aləmdə nüfuznun artmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə