Asiya kubokunda ilk finalçı müəyyənləşib

Asiya kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Asiya kuboku-2019-da ilk finalçı müəyyənləşib. Birinci yarımfinal görüşündə İran və Yaponiya üz-üzə gəlib. Matç Yaponiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran - Yaponiya - 0:3

Qollar: Osako, 56, 67-pen, Haraquti, 90

Qeyd edək ki, digər yarımfinal görüşündə bu gün Qətər və Birləşmiş Ərəb Əmirlikləri yığmaları qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə